Üçüncü Dünya müharibəsi üçün tarix verildi

Qərb ölkələrinin sakinləri dünyanın qlobal müharibəyə doğru hərəkət etdiyinə çox inanırlar. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələrinin vətəndaşları yaxın beş il ərzində Üçüncü Dünya müharibəsinin başlamasını tam real ssenari hesab edirlər. Amma bu narahatlığın kəskin artmasına baxmayaraq, Qərb cəmiyyətləri öz müdafiələrinin gücləndirilməsi naminə maliyyə fədakarlıqları və vergilərin artırılmasına hazır deyillər.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” öz sorğusunun nəticələrinə əsasən yazır.

Yeni qlobal müharibə proqnozlaşdıranların payı müstəqil sosioloji xidmət olan “Public First” bu sualı 2025-ci ilin martında verdiyi vaxtdan bəri kəskin şəkildə artıb.

“Qərb ictimai rəyində bir ildən də az müddətdə baş verən bu dəyişiklik müharibənin mümkün, ittifaqların isə qeyri-sabit sayıldığı daha təhlükəli dünyaya doğru dramatik sürünməni əks etdirir”, - deyə “Public First”ün sorğular üzrə rəhbəri Seb Rayd bildirir.

Nəşrin sorğusu göstərir ki, Qərb ictimaiyyətləri artan hərbi xərclərin maliyyələşdirilməsi üçün fədakarlığa çox az hazırdır. Prinsip etibarilə Böyük Britaniya, Fransa, Almaniya və Kanadada müdafiə büdcələrinin artırılmasına geniş dəstək olsa da, bu addımın dövlət borcunun artması, digər xidmətlərin ixtisarı və ya vergilərin yüksəldilməsi demək olduğu məlum olanda, dəstək kəskin azalır.

“Artan müharibə qorxusu liderlərə müdafiə xərclərini kəskin artırmaq üçün kart-blanş vermir.

Əksinə, vətəndaşlar hərbi təhlükəsizliyin yaxşılaşdırılması üçün tələb olunan kompromislərə daha az hazırdır. Avropa liderləri dalana dirəniblər, ABŞ-yə də arxalana və bunu daxili investisiyalar üçün əsas kimi istifadə edə bilmirlər və müharibənin əvvəlkindən daha yaxın göründüyü dünyada bu problemi təcili həll etmək təzyiqi altındadırlar”, - Rayd qeyd edir.

Dörd ildir davam edən Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə dair əlamətlərin olmaması, eləcə də Donald Trampın prezidentliyi dövründə ABŞ-nin İran, Suriya, Venesuela və Afrikadakı hərbi əməliyyatları fonunda qərblilər qlobal toqquşma riskinin artdığını görürlər.

Bu tendensiya xüsusilə Böyük Britaniyada daha aydın görünür: respondentlərin 43 faizi 2031-ci ilə qədər yeni dünya müharibəsinin başlayacağını düşünür.

Beş ölkə arasında yalnız Almaniya sakinləri yaxın beş ildə üçüncü qlobal müharibəni az ehtimallı hesab edirlər.

Ayrı-ayrı ölkələrin hərbi münaqişələrdə iştirakına gəlincə, ABŞ respondentləri öz ölkələrinin yaxın beş ildə müharibə vəziyyətinə düşəcəyini digərlərindən daha çox ehtimal edirlər, onun ardınca Böyük Britaniya və Fransa gəlir. Həmçinin ABŞ, Böyük Britaniya, Fransa və Kanadada ən azı hər üç nəfərdən biri nüvə silahının yaxın beş ildə başlaya biləcək Üçüncü Dünya müharibəsində istifadə ediləcəyinə inanır.

Sorğuya görə, Rusiya Avropada sülh üçün əsas təhdid kimi görülür, kanadalılar isə təhlükəsizlik üçün ən böyük risk kimi Trampın rəhbərlik etdiyi ABŞ-ni göstərirlər. Fransa, Almaniya və Böyük Britaniyada respondentlər ABŞ-ni Çindən sonra ikinci ən böyük təhdid hesab edirlər. (teleqraf.com)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl külçələrini səhvən zibil qutusuna atdı – VİDEO

Qızıl külçələrini səhvən zibil qutusuna atdı – VİDEO

Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Bakıda 1194 bina qeydiyyata alındı – Yaşayış üçün RİSKLİDİR

Günəş nəhəng “smaylik”ə çevrildi – Sevənlərə belə gülümsəyir – FOTO

Günəş nəhəng “smaylik”ə çevrildi – Sevənlərə belə gülümsəyir – FOTO

Tramp: “Ən ideal seçim İranda hakimiyyət dəyişikliyidir” – VİDEO

Tramp: “Ən ideal seçim İranda hakimiyyət dəyişikliyidir” – VİDEO

Prezident İlham Əliyevdən rəqəmsal islahat siqnalı: Əsas diqqət süni intellekt və data potensialına yönəlib

Prezident İlham Əliyevdən rəqəmsal islahat siqnalı: Əsas diqqət süni intellekt və data potensialına yönəlib

Maşınlar üçün "yaş limiti" gəlir — Sürücülərin nəzərinə!

Maşınlar üçün "yaş limiti" gəlir — Sürücülərin nəzərinə!

KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

KİV: “ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır”

Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu – FOTO

Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu – FOTO

Tanınmış aparıcı karyerasını bitirdi – FOTO

Tanınmış aparıcı karyerasını bitirdi – FOTO

Türkiyədə hamı bu paranormal hadisədən danışır – VİDEO

Türkiyədə hamı bu paranormal hadisədən danışır – VİDEO

"Göstərir Bakı!" ilə başlayan yeni tarix – Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

"Göstərir Bakı!" ilə başlayan yeni tarix – Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

Trampdan İrana növbəti XƏBƏRDARLIQ – FOTO

Trampdan İrana növbəti XƏBƏRDARLIQ – FOTO

Ürəyində qeyd edənlər, lənət oxuyanlar... – Paytaxt sakinlərdən Valentin gününə REAKSİYA – VİDEO

Ürəyində qeyd edənlər, lənət oxuyanlar... – Paytaxt sakinlərdən Valentin gününə REAKSİYA – VİDEO

Bakı məktəbinə direktor təyin olundu

Bakı məktəbinə direktor təyin olundu

Çində yol üzərindəkilərlə birgə çökdü – VİDEO

Çində yol üzərindəkilərlə birgə çökdü – VİDEO

Rayonlara səfərə hazırlaşan sürücülərə MÜRACİƏT

Rayonlara səfərə hazırlaşan sürücülərə MÜRACİƏT

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Paltar yuyarkən bir çimdik əlavə edin: Hətta ən köhnə corabları belə qar kimi ağardır

Paltar yuyarkən bir çimdik əlavə edin: Hətta ən köhnə corabları belə qar kimi ağardır

Mehdiyev-Kərimli işində yeni audio-video materiallar YAYIMLANACAQ

Mehdiyev-Kərimli işində yeni audio-video materiallar YAYIMLANACAQ

Azərbaycan səması onlara əmanətdir – FOTO

Azərbaycan səması onlara əmanətdir – FOTO

Gedişi də keçdiyi dərs kimi - Tarix oldu+Video

Gedişi də keçdiyi dərs kimi - Tarix oldu+Video

Metyu Uitaker: “Onun bir telefon zəngi Ukraynadakı müharibəni bitirə bilər”

Metyu Uitaker: “Onun bir telefon zəngi Ukraynadakı müharibəni bitirə bilər”

Təyyarədə yumruqlar işə düşdü, təcili eniş etdi - Havada qorxulu anlar - Video

Təyyarədə yumruqlar işə düşdü, təcili eniş etdi - Havada qorxulu anlar - Video

Etibarnamə ilə torpaq alan vətəndaşlara XƏBƏRDARLIQ

Etibarnamə ilə torpaq alan vətəndaşlara XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO