“Bu müharibədə aqressor olan ölkənin paytaxtı Moskvaya Putinlə danışıqlara gələ bilmərəm”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
“Biz ABŞ-ın təkliflərini dəstəkləməyə hazırıq, Amerikanın, Avropanın ərazisində, neytral ölkədə – istənilən dövlətin ərazisində görüşə bilərik, lakin Rusiya və Belarus istisna olmaqla. Belarus – ona görə ki, 2022-ci ildə Ukraynaya hücumda müttəfiq olub”, – deyə o bildirib.
Bizim.Media