İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei iki mindən çox məhkumun cəzasını bağışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İran KİV-ləri yazıb.
Xamenei müxtəlif cinayətlərə görə məhkum olunmuş 2 108 nəfərin cəzasının bağışlanmasına və ya yüngülləşdirilməsinə razılıq verib.
Qeyd olunur ki, İranın Ali Məhkəmə Hakimiyyətinin rəhbəri Qolam Hüseyn Moxsəni-Əcəy Xameneiyə Şaban ayı və İslam İnqilabının 47-ci ildönümü münasibətilə göndərdiyi məktubda məhkumların cəzasının bağışlanması və ya yüngülləşdirilməsi üçün xahiş edib.
Xatırladaq ki, Qolam Hüseyn Moxsəni-Əcəy bildirib ki, son etiraz aksiyaları ilə əlaqədar həbs olunan şəxslər bağışlanacaq şəxslər siyahısına daxil edilməyəcək.
Bizim.Media