Kanadanın ən böyük aviaşirkəti olan “Air Canada” bazar ertəsi günü Kubaya uçuşların dayandırıldığını elan edib.
Bizim.Media xəbər verir ki, aviaşirkət bu addımını “adada davam edən təyyarə yanacağı çatışmazlığı” ilə əsaslandırıb.
Belə ki, fevralın 10-dan etibarən Kubanın hava limanlarında təyyarə yanacağının kommersiya satışında olmaması gözlənilir. Aviaşirkət təxminən 3000 müştərisini geri qaytarmaq üçün növbəti günlərdə Kubaya boş uçuşlar edəcək.
“Air Canada” Toronto və Monrealdan Kubadakı dörd istiqamətə həftədə orta hesabla 16 uçuş həyata keçirirdi.
Qeyd edək ki, Kuba hakimiyyəti adada aviasiya yanacağının tükəndiyi barədə beynəlxalq aviaşirkətləri əvvəlcədən məlumatlandırıb.
Bizim.Media