Rusiya Moskvanın TRIPP layihəsində (Zəngəzur dəhlizi – red.) mümkün iştirakının parametrlərini İrəvanla müzakirə etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya"ya verdiyi açıqlamada bildirib.
“Tramp yolu" layihəsi ilə bağlı mövqeyimizi saxlamışıq. Ermənistan-Amerika təşəbbüsünün təfərrüatları hələ öyrənilməlidir. Həm parametrləri, həm də Rusiyanın bu və ya digər formada mümkün iştirakını müzakirə etmək üçün İrəvandakı tərəfdaşlarımızla məsləhətləşmələrə hazırıq", - deyə diplomat bildirib.
Qaluzin xatırladıb ki, Ermənistanın dəmir yolu şəbəkəsi 2038-ci ilə qədər Rusiya Dəmir Yollarının törəmə şirkəti tərəfindən idarə olunur, ölkə Rusiya dəmir yolundan istifadə edir və Rusiya sərhədçiləri İranla sərhəddə yerləşdirilib.
"Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü də nəzərə alınmalıdır. Bu şəraitdə tərəfdaşlarımızın Rusiyasız keçinə bilməyəcəyi aydındır", - deyə nazir müavini vurğulayıb.
Qaluzin həmçinin qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli format çərçivəsində baş nazirin müavinləri səviyyəsində regionda kommunikasiyaların açılmasında əhəmiyyətli irəliləyişlər əldə edilib.
Bizim.Media