İtaliyanın Baş naziri Corca Meloni Milan şəhərində keçirilən Olimpiya Oyunlarına qarşı kütləvi yürüş zamanı baş verən toqquşmalarla bağlı sosial şəbəkələrdə paylaşım edib.
Bizim.Media xəbər verir ki, bu barədə La Repubblica nəşri yazıb.
“Bu günlərdə minlərlə, on minlərlə italiyalı Olimpiya Oyunlarının layiqli şəkildə keçirilməsi üçün fədakarcasına çalışır. Onların bir çoxu bunu könüllü olaraq edir, çünki ölkələrinin yaxşı təəssürat yaratmasını, hörmət və rəğbət qazanmasını istəyirlər. Amma bir də var İtaliyanın və italiyalıların düşmənləri — Olimpiya Oyunlarına “qarşı” nümayişlər keçirənlər. Nəticədə bu görüntülər bütün dünyada televiziya ekranlarına çıxır”, — deyə baş nazir qeyd edib.
Xatırladaq ki, fevralın 7-də təşkil olunmuş yürüşün iştirakçıları Olimpiya Oyunlarının keçirilməsinə etiraz ediblər.
Onların fikrincə, Olimpiada İtaliyaya ekoloji, iqtisadi və sosial ziyan vurur.
Axşam saatlarında etirazçılar polisə hücum ediblər, polis isə cavab olaraq gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Bizim.Media