Nigeriya məhkəməsi Böyük Britaniyanın 1949-cu ildə öldürülmüş şaxtaçıların ailələrinə 567 milyon dollar təzminat ödəməsinə dair qərar verib.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, 1949-cu il noyabrın 18-də müstəmləkə administrasiyasının polisi iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil élan edən və şaxtanı ələ keçirən şaxtaçılara atəş açıb.
Nəticədə 21 nəfər həlak olub, 51 nəfər yaralanıb.
Məhkəmə qərarına əsasən, həlak olanların hər birinin ailəsi 27 milyon dollar təzminat almalıdır.
Bizim.Media