ABŞ administrasiyası prezident Donald Trampın nəzdində fəaliyyət göstərəcək “Sülh Şurası”nın ilk rəsmi iclasını fevralın 19-da keçirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg və Axios mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Ağ Ev Vaşinqtonda keçiriləcək bu görüşdən Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin icrası və regionun bərpası üçün vəsaitlərin toplanmasının təşkili məqsədilə istifadə etməyi nəzərdə tutur.
“Bu, ‘Sülh Şurası’nın ilk iclası və Qəzzanın bərpasına vəsait toplamaq üçün keçiriləcək konfrans olacaq”, – deyə amerikalı rəsmi bildirib.
Mənbələrin sözlərinə görə, hələlik heç nə yekun şəkildə təsdiqlənməyib, lakin administrasiya artıq hansı dünya liderlərinin tədbirdə iştirak edə biləcəyini araşdırmağa başlayıb. Sammitin keçirilməsi planları ilkin mərhələdədir və dəyişikliklər mümkündür.
Bizim.Media