İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
“Gözlənilir ki, baş nazir növbəti çərşənbə günü Vaşinqtonda ABŞ prezidenti ilə görüşəcək və burada İranla danışıqları müzakirə edəcəklər. Baş nazir hesab edir ki, istənilən danışıqlar ballistik raketlərə məhdudiyyətlərin qoyulmasını və İran hücumuna dəstəyin dayandırılmasını əhatə etməlidir”, - məlumatda qeyd edilib.
Bizim.Media