Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti, 20-ci sanksiyalar paketi energetika, ticarət və maliyyə xidmətlərini əhatə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.
“Yeni sanksiyalar paketində məhdudlaşdırıcı tədbirlər Rusiya neftinin daşınması üçün istifadə olunan daha 43 tankerə şamil ediləcək. Bundan əlavə, paketə Rusiya neftinin daşınmasına xidmət göstərilməsinə qadağa da daxil ediləcək”, - Lyayen deyib.
Qeyd edilib ki, yeni sanksiyalar paketi energetika, maliyyə xidmətləri və ticarəti əhatə edir.
Energetika sahəsində biz Rusiya neftinin dəniz vasitəsilə daşınmasına tam qadağa tətbiq edirik.
Bizim.Media