“Aİ Rusiya ilə danışıqlara hazırdır, lakin paralel əlaqə kanalları açmayacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Əbu-Dabidə jurnalistlərə bildirib.
“Biz, əlbəttə ki, hər zaman Rusiya ilə danışıqlara hazırıq. Hazırda burada - Əbu-Dabidə koordinasiyalı danışıqlar gedir. Əgər biz bu danışıqların daha da yaxşı və uğurlu olmasına töhfə verə bilsək, bunu edəcəyik. Amma biz heç bir paralel əlaqə kanalı açmayacağıq”, — deyə o əlavə edib.
Bizim.Media