ABŞ lideri Donald Tramp bildirib ki, prezident olmaq istəməsinin səbəbi öz eqosunu təmin etmək olub.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri Vaşinqtonda səhər yeməyində çıxış edərkən deyib.
“Onlar ikinci seçkiləri saxtalaşdırdılar. Mən qalib gəlməli idim. Bu, mənə öz eqom üçün lazım idi. Çox pis bir eqom olardı. İndi isə mənim həqiqətən böyük eqom var. Bu axmaqları məğlub etmək inanılmaz idi, elə deyilmi?” - deyə ABŞ prezidenti qeyd edib.
Bizim.Media