ABŞ-da ictimaiyyətə açıqlanan və milyarder Jeffrey Epşteynə aid olan sənədlər arasında Hindistan əsilli yazıçı Deepak Chopraya məxsus bir elektron məktub da yer alıb.
Bizim.Media xəbər verir ki, həmin məktubda milyarderə xitabən “Tanrı bir uydurmadır. Şirin qızlar isə gerçəkdir” ifadəsinin yazıldığı iddia edilir.
Sənədlərin dərc olunmasından sonra bu ifadə xarici mətbuatda və sosial şəbəkələrdə geniş rezonans doğurub.
Deepak Chopra tərəfindən isə məsələ ilə bağlı indiyədək rəsmi açıqlama verilməyib.
Bizim.Media