ABŞ-li maliyyəçi Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə 2017-ci ilə aid məktub aşkarlanıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, məktubda pandemiyanın modelləşdirilməsi üçün tövsiyələrin hazırlanmasının müzakirə edildiyi bildirilir.
Məlumata görə, sözügedən məktub ABŞ milyarderi Bill Qeytsə ünvanlanıb və daha sonra Epşteynə yönləndirilib. Məktubun müəllifi “Microsoft”un qurucusuna həmkarları ilə birgə əməkdaşlıq çərçivəsində icra olunması planlaşdırılan tapşırıqlar və analitik materiallar siyahısının hazırlandığını bildirib.
Təklif olunan fəaliyyət istiqamətləri arasında pandemiyanın müxtəlif ştammlarının modelləşdirilməsi üçün tövsiyə və texniki spesifikasiyaların təkmilləşdirilməsinə xüsusi diqqət yetirildiyi qeyd olunur. Bu mövzu səhiyyə, tibbi məlumatların qorunması və ABŞ əhalisinin müalicə xərclərinin təhlili ilə bağlı layihələr kontekstində təqdim edilib.
Qeyd edək ki, sənəddə əksini tapan müzakirələr COVID-19 pandemiyasının başlanmasından təxminən üç il əvvələ təsadüf edir.
Qeyd edək ki, ABŞ-nin Ədliyyə Nazirliyi (DOJ) həbsxanada ölən, azyaşlı qızların cinsi istismarı və insan alverində ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə (Jeffrey Epstein) bağlı indiyədək ən geniş sənəd paketini ictimaiyyətə açıqlayıb. DOJ tərəfindən yaradılan “Epstein Library” platformasında ümumilikdə 3 milyon səhifə sənəd, 180 min foto və 2 min video material yerləşdirilib.
Bu sənədlər Epşteynin uzun illər ərzində formalaşdırdığı beynəlxalq əlaqə şəbəkəsini, şəxsi yazışmalarını, səfər planlarını, şahid ifadələrini və istintaq materiallarını əhatə edir.
Bizim.Media