Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanla Azərbaycan arasında müharibə mərhələsinin artıq geridə qaldığını bildirib.
Bizim.Media xəbər verir ki, Factor TV-yə müsahibəsində Simonyan qeyd edib ki, kəskin və gözlənilməz hadisələr baş verməzsə, bu səhifənin yenidən açılması ehtimalı azdır.
“Əgər hər hansı ciddi hadisə baş verməsə, hesab edirəm ki, bu səhifəni yenidən açmayacağıq. Mən bu səhifəni bağlı hesab edirəm”, — deyə o vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan tərəfinin müharibə səhifəsinin bağlandığı və sülh dövrünün başlandığı ilə bağlı təklif və ritorikası cəmiyyət tərəfindən qəbul olunub və müsbət qarşılanıb.
Bizim.Media