Çinin şimal-şərqində Ciciqar şəhərində qocalar evində baş verən yanğın nəticəsində beş nəfər həlak olub.
Bizim.Media Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, yanğın bazar ertəsi günorta saatlarında başlayıb və qısa müddətdə söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media