Fevralın 2-də Almaniya hakimiyyəti Ukraynada müharibə başladıqdan sonra Rusiya müdafiə şirkətlərinə malların qanunsuz ixracı şəbəkəsini təşkil etməkdə şübhəli bilinən beş nəfəri saxlayıb.
Bizim.Media xəbər verir ki, saxlanılanların hamısı Almaniya vətəndaşıdır, onlardan ikisi eyni zamanda Rusiya, biri isə Ukrayna vətəndaşlığına malikdir.
Prokurorluğun məlumatına görə, şübhəlilər sövdələşmələri gizlətmək və sanksiyalardan yan keçmək üçün Aİ daxilində və ondan kənarda saxta şirkətlərdən və müştərilərdən, həmçinin bir Rusiya şirkətindən istifadə ediblər.
İstintaqın qənaətinə əsasən, bu şəbəkənin arxasında Rusiya dövlət qurumları dayanıb və son istehlakçılar Rusiyada ən azı 24 müdafiə şirkəti olub.
Araşdırma göstərib ki, şübhəlilər ümumi dəyəri ən azı 30 milyon avro olan təxminən 16 min tədarük təşkil ediblər.
Bizim.Media