ABŞ tərəfindən saxlanılan “Marinera” tankerində olan 16 ukraynalı dənizçi artıq azad edilib, lakin onlar təqib olunmaqdan və dövlətə xəyanət ittihamı ilə üzləşməkdən ehtiyat etdikləri üçün Ukraynaya qayıtmağı planlaşdırmırlar.
Bizim.Media xəbər verir ki, bu barədə dənizçilərlə ünsiyyətdən sonra “Suspilne” məlumat yayıb.
Dənizçilərdən yalnız biri - baş köməkçi hələ də həbsdə qalır. Dənizçilər arasında Odessa və Xerson sakinləri, həmçinin bir Kiyev sakini olub. İşə qəbul zamanı onlara gəminin Rusiya ilə əlaqəsinin olmadığı və beynəlxalq sanksiyalar altında olmadığı bildirilib.
Şirkət Seyşel adalarında qeydiyyatdan keçib və Venesuelaya istiqamət əvvəlcədən planlaşdırılmayıb. Lakin bayrağın Rusiya bayrağı ilə dəyişdirilməsindən və tanker ABŞ qüvvələri tərəfindən saxlanıldıqdan sonra vəziyyət dəyişib və beş ukraynalı FTB-yə ifadə verib. Digərlərinə isə öz istədikləri ölkələrə bilet təqdim edilib və onlar azadlığa buraxılıb.
Daha əvvəl bu gəmidən iki Rusiya vətəndaşı da azad edilmişdi.
Bizim.Media