Qırğızıstanda rəsmi sənədlərdə cinsiyyətin dəyişdirilməsinin və bununla bağlı əməliyyatların aparılmasının qadağan edilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, deputat Marlen Mamataliyevin hazırladığı qanun layihəsi parlamentin saytında ictimai müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əlavə olunan izahat arayışında bildirilir ki, sənəd “ailənin qorunmasına, demoqrafik təhlükəsizliyə və ənənəvi dəyərlərin saxlanmasına” yönəlib.
Qeyd olunur ki, mövcud qanunvericilik tibbi arayışlar əsasında vətəndaşlıq vəziyyəti aktlarında və pasportlarda cinsiyyətin dəyişdirilməsinə imkan verir. Layihə müəlliflərinin fikrincə, bu praktika cəmiyyətdə tarixi və mədəni köklərə malik deyil və demoqrafiya, əxlaq və milli təhlükəsizlik üçün risklər yaradır.
Bizim.Media