Yəmən husiləri ABŞ-ın mümkün zərbəsi ərəfəsində İrana dəstək verdiklərini bəyan ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə husilərin siyasi bürosunun üzvü Hüzam əl-Əsəd bildirib.
“İstənilən eskalasiyaya və onun nəticələrinə görə bütün məsuliyyəti ABŞ-ın üzərinə qoyuruq.
Cavab tədbirlərinin variantları isə vəziyyətin qiymətləndirilməsi əsasında rəhbərlik tərəfindən müəyyən edilməli olan suveren məsələdir”, — deyə o qeyd edib.
Bizim.Media