İranın Əhvaz vilayətində yaşayış binasında partlayış olub.
Bizim.Media xəbər verir ki, Əhvaz Bələdiyyəsinin Yanğından Mühafizə İdarəsinin rəisi bildirib ki, Kianşəhr küçəsindəki yaşayış binasında baş verən qaz partlayışı nəticəsində beş nəfər ölüb, bir nəfər yaralanıb.
Dağıntılar altında qalanların olduğu bildirilir. Hazırda onların axtarışları aparılır.
Bizim.Media