Svetlana Jakupova Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Akorda nəşri yazıb.
Müvafiq sərəncam ölkə prezidenti Kasım-Comərt Tokayev tərəfindən imzalanıb.
Nəşr xatırladır ki, Tokayev Milli Qurultayın V iclasında çıxışı zamanı sosial sahədə baş verən mənimsəmələrdən danışaraq qeyd etmişdi ki, ölkə üzrə resursların səfərbər edilməsi fonunda təhsil və səhiyyəyə ayrılan vəsaitlər “sadəcə talan olunur”.
Bizim.Media