ABŞ Suriyadan öz qoşunlarını tam çıxarmağı nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə WSJ mənbələrə istinadən məlumat yayıb.
Bu müzakirələr Suriya rəhbərliyinin, Əhməd əş-Şaraanın başçılığı altında, əvvəllər Vaşinqtonun dəstəklədiyi kürd birləşmələrinin nəzarətində olan ölkənin şimal-şərq bölgələrinə nəzarəti bərpa etmək cəhdləri fonunda aparılır.
Nəşr yazır ki, qoşunların çıxarılması ABŞ-ın Suriyada on ildən artıqdır davam edən hərbi əməliyyatına son qoya bilər. Bu əməliyyat 2014-cü ildə, ABŞ-ın sabiq prezidenti Barak Obamanın administrasiyası Suriyadakı münaqişəyə hərbi müdaxilə qərarı qəbul etdikdən sonra başlayıb.
Mənbələrin məlumatına görə, hələlik yekun qərar verilməyib, lakin ABŞ rəhbərliyi daxilində ölkədə hərbi mövcudluğun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələr güclənir.
Bizim.Media