Son həftələrdə Çin Şərqi Çin dənizində bir neçə min balıqçı gəmisini koordinasiya edən iki böyük əməliyyat həyata keçirib və 320 km uzunluğunda üzən baryerlər yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı The New York Times gəmi izləmə məlumatlarının təhlilinə istinadla yayıb.
Dəniz və hərbi ekspertlər bu manevrləri Çin dəniz mülki müdafiəsinin güclənməsi kimi qiymətləndiriblər. Bu, mülki balıqçı gəmilərdən ibarət qüvvələrin hərbi əməliyyatlarda iştirak üçün hazırlıq keçdiyini göstərir.
NYT yazır ki, Tayvan ətrafında yaranacaq hər hansı münaqişə zamanı Çin on minlərlə mülki gəmini dəniz yollarını bağlamaq və rəqibin hərbi əməliyyatlarını çətinləşdirmək üçün səfərbər edə bilər.
Bizim.Media