Suriya ordusu Er-Rassafa və Tabka hava limanını nəzarət altına aldığını bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası Al-İxbaria məlumat yayıb.
Bildirilib ki, Suriya ordusu Rakka əyalətinin cənubunda yerləşən Er-Rassafa qəsəbəsini və ətrafdakı yeddi kəndi YPG/SDG separatçı qüvvələrindən təmizləyib.
Ordu bölmələri həmçinin YPG/SDG-nin əsas mövqelərindən biri sayılan Tabka hava limanını nəzarət altına alıb. Hazırda Tabka şəhərinin özündə qızğın döyüşlər davam edir.
Bizim.Media