Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov "Atom elektrik stansiyalarının təhlükəsizliyinin artırılmasında xidmətlərə görə" qızıl medalla təltif olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Ramzan Kadırov özünün teleqram kanalında məlumat yayıb.
Mükafat Rosqvardiyanın Çeçenistan Respublikası üzrə idarəsinin "Axmat-Qroznı" OMON-unun komandiri Anzor Bissayev tərəfindən təntənəli şəraitdə təqdim edilib.
Qeyd edək ki, Adam Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışır.
Bizim.Media