Bu gün ABŞ Dövlət Departamentinin fars dilindəki rəsmi “X” hesabında İran rejiminə xəbərdarlıq yayımlanıb.
Bizim.Media xəbər verir ki, İslam Respublikasının Amerika bazalarına hücum variantları hazırladığı ilə bağlı məlumatlar əldə edilib.
Paylaşılan açıqlamada vurğulanır ki, Prezident Donald Trampın dəfələrlə qeyd etdiyi kimi, bütün variantlar açıqdır və İran hər hansı hücuma əl atarsa, Amerika ona qarşı çox güclü qüvvə ilə cavab verəcək.
Dövlət Departamenti mesajı bir daha təkrarlayıb: “Prezident Trampla oyun oynamayın!”. (Azad İran)
Bizim.Media