Haker psixoloq qeydlərini oğurlayıb 33 min insanı ŞANTAJ ETDİ

Meri-Tuuli Auer adlı finlandiyalı bir qadın açıqlama yayıb ki, o, daha əvvəl “Vastaamo” adlı şirkət vasitəsilə psixoterapiya alıb. Ancaq bir müddət sonra bir haker ona şantaj mesajı göndərib və şəxsi məlumatlarının yayılmaması üçün ondan 200 avro pul tələb edib.

Hətta haker deyib ki, əgər qadın pulu göndərməsə, məbləğ 48 saat ərzində 500 avroya yüksələcək. 30 yaşlı Auerin sözlərinə görə o, terapevtinə ən yaxın ailə üzvlərinin belə bilməsini istəmədiyi şeyləri danışıb.

Həddindən alkoqol aludəçiliyi və özündən xeyli yaşlı bir kişi ilə gizli münasibəti kimi hadisələrdən söhbət gedir:

“Qorxum məhz o anda başladı. İşdən xəstəlik məzuniyyəti götürdüm, özümü evə bağladım. İctimai nəqliyyatdan, evdən çıxmaqdan, hətta poçtalyona qapını açmaqdan belə qorxmağa başladım”.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, sözügedən haker “Vastaamo” şirkəti vasitəsilə terapiya alan 33 min pasiyentin məlumatlarını oğurlayıb. Məlumatlar arasında pasiyentlərin intihar cəhdləri, xəyanətləri və uşaq vaxtı məruz qaldıqları cinsi zorakılıq kimi ən intim faktlar var.
 

Qeyd edilir ki, haker şirkətə təzyiq göstərmək üçün gündə 100 terapiya qeydini “dark web”də paylaşmağa başlayıb. O, həftələr ərzində şirkətdən də təxminən 400 min funt sterlinq ekvivalentində bitkoin tələb edib.


Hadisədən sonra 5,6 milyon əhalisi olan kiçik Finlandiyada, demək olar ki, hər kəsin mütləq ən azı bir nəfər ifşa olunmuş tanışı çıxıb. Hadisə milli qalmaqala, ölkə tarixinin ən böyük cinayətinə çevrilib və o vaxtki baş nazir Sanna Marin vəziyyətlə əlaqədar olaraq nazirlərin təcili iclasını çağırıb.

2 illik istintaqdan sonra 2023-cü ilin fevralında hadisədə təqsirli bilinən kiber cinayətkar Julius Kivimaki Fransada saxlanılıb və Finlandiyaya gətirilib. Kivimakiyə 6 il 7 ay həbs cəzası verilib.
 

Qeyd edək ki, pasiyent Auer qeydlərin birində terapevtin onunla bağlı yazdığı sözlərdən ürəyinin sındığını bildirib. Onun sözlərinə görə, bundan sonra bir çox insan heç psixoloqa da güvənə bilməyəcək.


Qeyddə deyilir:

“Pasiyent əsasən əsəbi, impulsiv və kəskindir. Keçmişini dağınıq danışır. Yaşına xas olan zəif xasiyyətinə görə münasibətlərində ciddi problemlər var.”

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

55 yaşlı sürücü sükan arxasında öldü

55 yaşlı sürücü sükan arxasında öldü

Polis vətəndaşları yanğından belə xilas etdi – VİDEO

Polis vətəndaşları yanğından belə xilas etdi – VİDEO

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i imtahandan KEÇDİ

Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i imtahandan KEÇDİ

Hansı müğənniləri və aparıcıları efirdə görmək istəmirsiniz? – VİDEOSORĞU

Hansı müğənniləri və aparıcıları efirdə görmək istəmirsiniz? – VİDEOSORĞU

Netanyahunun Laricaninin ölüm əmrini verdiyi anın FOTOSU

Netanyahunun Laricaninin ölüm əmrini verdiyi anın FOTOSU

Ölüm xəbəri yayılan Laricaninin “X” hesabında PAYLAŞIM – FOTO

Ölüm xəbəri yayılan Laricaninin “X” hesabında PAYLAŞIM – FOTO

"Oleq Bakinski" ilə birgə təqsirləndirilən Ukraynanın sabiq nazir müavini ilə bağlı QƏRAR

"Oleq Bakinski" ilə birgə təqsirləndirilən Ukraynanın sabiq nazir müavini ilə bağlı QƏRAR

Əliyar Ağayev UEFA-dan yeni TƏYİNAT ALDI

Əliyar Ağayev UEFA-dan yeni TƏYİNAT ALDI

İran Türkiyə gəmisinin Hörmüz boğazından keçməsinə icazə verdi

İran Türkiyə gəmisinin Hörmüz boğazından keçməsinə icazə verdi

Deputatdan uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ

Deputatdan uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ

Aİ Ukraynanın üzvlük şərtlərini açıqladı

Aİ Ukraynanın üzvlük şərtlərini açıqladı

SON DƏQİQƏ: Əli Laricani öldürüldü - VİDEO

SON DƏQİQƏ: Əli Laricani öldürüldü - VİDEO

"Bəsic” komandiri Qulamrza Süleymani məhv edildi

"Bəsic” komandiri Qulamrza Süleymani məhv edildi

Milli Məclis Prezident və birinci xanımı TƏBRİK ETDİ

Milli Məclis Prezident və birinci xanımı TƏBRİK ETDİ

Bu şəxslər 1500 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 1500 manat CƏRİMƏ OLUNACAQ

Dilənçilik edənlər HƏBS OLUNACAQ

Dilənçilik edənlər HƏBS OLUNACAQ

Uşağını döyən valideynlər CƏRİMƏLƏNƏCƏK

Uşağını döyən valideynlər CƏRİMƏLƏNƏCƏK

İran hakimiyyətində parçalanma əlamətləri görünmür – “The Washington Post”

İran hakimiyyətində parçalanma əlamətləri görünmür – “The Washington Post”

Bakıda 57 yaşlı qadın dəm qazından VƏFAT ETDİ

Bakıda 57 yaşlı qadın dəm qazından VƏFAT ETDİ

Süni intellektlə hazırlanmış foto və videoların yayımı ilə bağlı YENİ TƏLƏB

Süni intellektlə hazırlanmış foto və videoların yayımı ilə bağlı YENİ TƏLƏB

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanılıb – VİDEO

Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanılıb – VİDEO

End of content

No more pages to load

RADİO