Novruz bayramı Suriyada milli bayram elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Suriya Prezidenti Əhməd əş-Şaraa fərman imzalayıb.
Fərmana əsasən, Novruz (21 mart) bütün Suriya üzrə milli bayram elan edilir.
Həmçinin yeni rəhbər ölkədə etnik mənsubiyyət və ya dilə görə ayrı-seçkiliyə qadağa qoyulmasına dair fərman imzalayıb. Belə ki, Dövlət KİV-ləri və təhsil müəssisələri inklüziv milli diskursu təşviq etməlidir.
Bizim.Media