İranda kütləvi etirazlar hələ davam edir.
Bizim.Media xəbər verir ki, Zahedanda insanlar küçələrə axışaraq hakim dairələrə qarşı nümayiş keçiriblər.
Etirazçılar “Xameneiyə ölüm!” və “Basic (İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibindəki hərbiləşdirilmiş könüllü polisdir) öl!” şüarları səsləndiriblər.
Qeyd edək ki, ötən il dekabrın sonunda İranda milli valyutanın kəskin dəyərdən düşməsi fonunda etirazlar başlayıb. Aksiyalar ölkənin 25 vilayətində 60-dan çox şəhəri əhatə edib. Ən böyük etirazlar Tehranda keçirilir, ən sərt toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində — Malekşahi, Kermanşah və Lordeqan şəhərlərində qeydə alınıb.
Bizim.Media