Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Böyük Britaniyanın vitse-premyeri Lemmini qəbul edib
Bizim.Media xəbər verir ki, Zelenski Londona enerji dəstəyi paketi ayırmaq qərarına görə təşəkkür edib.
Görüş zamanı o, Parisdə Ukrayna, Böyük Britaniya və Fransa tərəfindən imzalanmış birgə bəyannamənin əhəmiyyətini vurğulayıb.
Tərəflər Rusiyaya qarşı sanksiyalar vasitəsilə təzyiqin artırılmasını, həmçinin cəbhədəki mövcud vəziyyəti və Ukraynaya dəstək üzrə səylərin koordinasiyasını müzakirə ediblər.
Bizim.Media