Avropa İttifaqı Şurası HƏMAS və “İslami Cihad”ı dəstəkləyən şəxslər və təşkilatlara qarşı tətbiq olunan sanksiyaların müddətini bir il – 20 yanvar 2027-ci ilədək uzatmaq barədə qərar qəbul
edib.
Bizim.Media xəbər verir ki, məhdudiyyətlər zorakı fəaliyyətlərdə və bu təşkilatların
maliyyələşdirilməsində iştirak edən 11 fiziki şəxs və 3 təşkilata şamil olunur.
Qərar 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumlarından sonra Aİ tərəfindən tətbiq edilən tədbirlər çərçivəsində qəbul edilib. Sanksiyalar terrorçu təşkilatların maliyyələşdirilməsinin qarşısını almağa və regionda sabitliyin dəstəklənməsinə yönəlib.
Bizim.Media