“Fransa maliyyə naziri Rolan Leskür amerikalı həmkarı Skott Bessenti xəbərdar edib ki, Qrenlandiyanın mümkün ilhaqına cəhd “qırmızı xətt”in keçilməsi demək olacaq və bu, ABŞ ilə Avropa arasındakı iqtisadi münasibətləri təhlükə altına qoya bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Leskür bildirib ki, o, bu xəbərdarlığı bazar ertəsi günü Bessentin diqqətinə çatdırıb və Avropa ölkələrinin ABŞ prezidenti Donald Trampın ada ilə bağlı iddialarından ciddi narahatlıq keçirdiyini vurğulayıb.
Nazir Avropa İttifaqının mümkün ilhaq halında sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib.
“Əgər bu baş verərsə, biz vəziyyətə uyğun şəkildə davranmalı olarıq”, – deyə Leskür əlavə edib.
Eyni zamanda o qeyd edib ki, Qrenlandiya, gömrük rüsumları və texnologiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi məsələlərində Vaşinqtonla fikir ayrılıqlarına baxmayaraq, Avropa üçün ABŞ ilə əməkdaşlığın davam etdirilməsi hələ də zəruridir.
Bizim.Media