ABŞ-ın qərb sahillərində, Oregon ştatı ərazisində 6,0 bal gücündə güclü zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri təxminən 3100 nəfər əhalisi olan Oreqon ştatının Bandon şəhərindən 295 kilometr qərbdə yerləşirib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

Bizim.Media