Trampdan SENSASİON BƏYANAT – ABŞ İrana hücumdan imtina edir?

İran ətrafında cərəyan edən proseslər sürətlə dəyişir. Bir günə əvvəl İrandakı etirazçıların yardımın artıq yolda olduğunu bildirən ABŞ Prezidenti Donald Tramp birdən-birə tam fərqli açıqlaması ilə diqqət çəkib. O, İranda qətllərin dayandırıldığını bəyan edib.

Buna paralel olaraq, ABŞ İran ətrafında yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının keçirilməsini istəyib.

Bu gün səhər saatlarından etibarən isə təhlükəsizlik səbəbindən bağlanan İranın hava məkanı yenidən açılıb. “Flightradar24”un məlumatına görə, İran səmasında “FlyDubai”, “AirArabia”, “Etihad Airways” kimi aviaşirkətlərlə yanaşı, İranın aviaşirkətləri - “Mahan Air”, “Yazd Airways” və digərlərinin uçuşları qeydə alınıb.

Baş verənlər fonunda ABŞ-ın İrana zərbələr endirmək planından imtina etməsi ehtimalı gündəmə gəlib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, Trampın İranda edamların dayandırıldığını bəyan etməsi, heç də onun bu ölkəyə hücum etmək fikrindən daşınması anlamına gəlməməlidir:

“Hələlik İranı bombalamağı dayandırıb. Amma bunu etmək üçün ciddi hazırlaşırlar. İsrail ABŞ kəşfiyyatı İran daxilində işləyir, təxribat, iğtişaşlar törədirlər. İrana ABŞ-ın hücum ehtimalı çox yüksəkdir. Sadəcə olaraq, indiki mərhələdə təxirə salıblar”. 

Müsahibimiz onu da qeyd edib ki, Trampın açıqlamaları və atacağı addımlar fərqli ola bilər:

“Amma ümumi siyasi xətt bəllidir. Tramp hamını hədələyir və tələb edir ki, ona itaət etsinlər. Burada da əsas məqsədi odur ki, dünyanın bütün dəyərli yataqları üzərində Amerikanın nəzarəti qurulsun. Amma İran çox az ölkələrdəndir ki, ABŞ-a itaət etmir”.

Politoloq deyib ki, hazırda Trampın İrana zərbələrdən imtina etməsində İsrailin də rolu vardır:

“İsrail başa düşür ki, özü İranla bacarmır. Ona görə də onlar İranın üzərinə Amerikanın yeridilməsində maraqlıdır. Xatırladım ki, İranla 12 günlük müharibənin son 3 günü Təl-Əviv Vaşinqtondan müharibəni saxlamağı xahiş etmişdi. Çünki artıq onun hava hücumundan müdafiə sistemləri üzrə sursatları qurtarmışdı. Belədə, ABŞ həmin vaxt gəlib İranı bombalamasaydı, Tehran İsraili məğlub edəcəkdi”.

Qeyd edək ki, İranda dekabrın 28-də milli valyutanın qəfil kəskin dəyər itirməsindən sonra etirazlar başlayıb və o vaxtdan bəri ölkənin ən azı 46 şəhərini bürüyüb. Məlimatlara görə, başlanan etiraz aksiyaları fonunda 2500-dən çox insan həyatını itirib.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyədəki İncirlik bazasına hücum iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Kamilo Duran milliyə ÇAĞIRILMADI

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Böyrək sağlamlığı üçün 7 qızıl qayda: Bu səhvlərə yol verməyin!

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

Fransa Rusiya gəmisini ƏLƏ KEÇİRDİ – FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

İrandan Azərbaycana təxliyə olunanların sayı – Ölkələr üzrə SİYAHI

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

“Qarabağ” “Kəpəz”ə məğlub oldu - VİDEO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Mehriban Əliyeva: “Uca Allahdan dünyamıza sülh və əmin-amanlıq diləyirəm” – FOTO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Rafet El Roman azərbaycanlı xanımla nişanlandı – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Ukrayna hərbçiləri Rusiya helikopterini dronla vurdu – VİDEO

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

Bu bürclərin 6-cı hissləri ÇOX QÜVVƏTLİDİR

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – ANBAAN VİDEO

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

“Sumqayıt”ın bu futbolçuları milliyə ÇAĞIRILDI

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Sabah meteohəssas insanları nə GÖZLƏYİR?

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

Martın 21-i ilə bağlı XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO