ABŞ-ın səhiyyə naziri Robert F.Kennedi Prezident Donald Trampın qidalanma vərdişlərini tənqid edib və onun “hələ də sağ qalmasına” təəccübləndiyini bildirib.
Bizim.Media xəbər verir ki, o bu barədə Keti Millerin “YouTube” kanalındakı podkastında səsləndirib.
Onun sözlərinə görə, Tramp əsasən sağlamlığa zərərli qidalar — “McDonald’s” məhsulları, şirniyyatlar və dietik kola ilə qidalanır. Nazir qeyd edib ki, Tramp demək olar ki, daim dietik kola içir:
“Onun orqanizmi sanki bir ilahənin orqanizmidir. Mən anlaya bilmirəm ki, o hələ də necə sağ qalır”, — deyə Kennedi vurğulayıb.
ABŞ səhiyyə naziri əlavə edib ki, səfərlər zamanı Tramp “demək olar ki, yalnız fastr-fudla” qidalanır. Bunun səbəbi kimi isə Trampın böyük qida şirkətlərinə güvənməsini və səfər zamanı xəstələnmək istəməməsini göstərib.
Eyni zamanda Kennedinin sözlərinə görə, Tramp özü iddia edir ki, səfərdə olmadığı günlərdə hər gün yalnız sağlam qidalar qəbul edir.
Bizim.Media