Hindistanın Tehrandakı səfirliyi bütün vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə səfirlik bəyanat yayıb.
“Səfər tövsiyələri ilə bağlı Hindistan hökumətinin 5 yanvar 2026-cı il tarixli açıqlamasının davamı olaraq və İranda inkişaf edən vəziyyətlə əlaqədar hazırda İranda olan Hindistan vətəndaşlarına (tələbələrə, zəvvarlara, iş adamlarına və turistlərə) kommersiya reysləri də daxil olmaqla, mövcud olan istənilən nəqliyyat vasitəsindən istifadə etməklə İranı tərk etmələri tövsiyə olunur”, — deyə səfirliyin bəyanatında bildirilir.
Bizim.Media