ABŞ Rusiya, İran və Braziliya da daxil olmaqla 75 ölkənin vətəndaşlarına viza verilməsini dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-dan sərt viza QƏRARI
Məhdudiyyətlər 21 yanvardan qüvvəyə minəcək və müraciətçilərin gücləndirilmiş yoxlanışı çərçivəsində müddətsiz tətbiq olunacaq.
Siyahıya Somali, Əfqanıstan, İraq, Misir, Nigeriya, Tailand, Yəmən və daha 68 ölkə daxildir. Konsulluq əməkdaşları sağlamlıq vəziyyəti, yaş, ingilis dili biliyi, maliyyə imkanları və hətta uzunmüddətli tibbi yardıma potensial ehtiyac kimi amillərə istinad edən müraciətçilərə viza verməkdən imtina etməyə məcbur olacaqlar.
Bizim.Media