“Bütün iranlı vətənpərvərlərə: etirazları davam etdirin. Mümkünsə, öz qurumlarınızı ələ keçirin. Və sizə zülm edən qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Detroytda jurnalistlərlə söhbətində bildirib.
“Əgər rəqəmlər doğrudursa, sizdən çox ciddi şəkildə sui-istifadə olunur. Mən beş fərqli rəqəm eşitmişəm.
Hətta bir nəfərin ölümü belə artıqdır. Və mən deyirəm: İranı yenidən böyük edək, başa düşürsünüz? Bu ölkə böyük idi, ta ki bu canavarlar gəlib onu ələ keçirənə qədər”, - Tramp deyib.
Bizim.Media