Səudiyyə Ərəbistanı, Oman və Qətər ABŞ-ni İrana zərbələr endirməməyə razı salmağa çalışır.
Bizim.Media xəbər verir ki, bu barədə WSJ məlumat yayıb.
Bildirilir ki, Vaşinqton onları belə bir ssenariyə hazır olmağın vacibliyi barədə xəbərdar edib.
Nəşrin məlumatına görə, bu ölkələrin nümayəndələri qeyri-rəsmi söhbətlərdə Ağ Evi xəbərdar edirlər ki, İran hökumətini devirməyə yönələn cəhdlər neft bazarlarında sarsıntılara səbəb olacaq və bu da ABŞ iqtisadiyyatına zərər verəcək.
Bizim.Media