Rusiya Odessa istiqamətinə irəliləməyi və müharibəni başa çatdırmağı planlaşdırırdı.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Aleksandr Sırski deyib.
“Keçən il Rusiya müharibəni Ukraynanı məğlub etməklə başa çatdırmaq, Donetsk, Luqansk və Zaporojye vilayətlərinin qalan hissələrini, Xersonun sağ sahilini işğal etmək və Odessa istiqamətinə çıxaraq ölkəni dənizə çıxış imkanından məhrum etmək niyyətində idi.
Müdafiə qüvvələri bu planları pozaraq düşmənin strateji irəliləyişinə imkan vermədi. Bir il ərzində Ukrayna ordusu düşmənə 418 mindən çox ölü və yaralı verərək, Rusiya qüvvələrinin uzun müddət qruplaşmasını artırmasına imkan verməyib”, deyə o, qeyd edib.
Bizim.Media