Tehranın ən böyük qəbiristanlığı olan Beheşt-e Zəhrada İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən öldürüldüyü iddia edilən şəxslərin dəfn mərasimində iştirak edən vətəndaşlar rejim əleyhinə şüarlar səsləndiriblər.
Bizim.Media xəbər verir ki, şahidlərin bildirdiyinə görə, mərasim zamanı “Bu il qan ilidir, Seyid Əli devriləcək” şüarı səslənib.
Hadisə İran cəmiyyətində artan narazılığın və etirazların davam etdiyini göstərir.
Bizim.Media