Moldova prezidenti Maya Sandu bildirib ki, referendum keçirilərsə, Rumıniya ilə birləşmənin lehinə səs verərdi
Bizim.Media xəbər verir ki, bu barədə Sandu “The Rest Is Politics” podkastında danışıb.
“Əgər referendum olsa, mən Rumıniya ilə birləşmənin lehinə səs verərdim”, — deyə o bildirib.
Sandunun sözlərinə görə, hazırkı şəraitdə kiçik dövlətlər üçün suverenliyi və demokratik quruluşu qoruyub saxlamaq getdikcə daha çətinləşir.
O, beynəlxalq vəziyyətin qeyri-sabitliyinə və Moldovanın üzləşdiyi mürəkkəb xarici çağırışlara diqqət çəkib.
Bizim.Media