Avstraliyanın baş naziri Entoni Albaniz İran hakimiyyətinin hərəkətlərini pisləyərək onları “repressiv rejim” adlandırıb və dəyişiklik, azadlıq və insan ləyaqəti uğrunda mübarizəsində İran xalqına dəstəyini ifadə edib.
Bizim.Media xəbər verir ki, hökumət başçısının sözlərinə görə, Kanberra İran rejiminin “dağıdıcı beynəlxalq fəaliyyəti”, həmçinin repressiyalar nəticəsində həlak olanlarla bağlı rəsmi məlumatlara dair ciddi şübhələr səbəbindən İslam Respublikasının səfirini ölkədən çıxarmaq qərarı verib.
Albaniz bildirib ki, İran hakimiyyəti ilə əlaqəli strukturlar Avstraliya ərazisində diversiya xarakterli hücumların planlaşdırılmasında və həyata keçirilməsində iştirak ediblər.
O vurğulayıb ki, bu cür hərəkətlər ölkənin milli təhlükəsizliyi üçün birbaşa təhdid yaradır.
Bizim.Media