Qlobal bazarın əsas kriptovalyutası "Bitcoin"in qiyməti 91 min dollardan aşağı enib.
Bizim.Media "coinmarketcap" platformasına istinadən xəbər verir ki, "Bitcoin"in qiyməti son sutkada 1,79% azalaraq 90 993 ABŞ dolları səviyyəsində formalaşıb. Buna baxmayaraq, həftəlik müqayisədə aktivin qiyməti 3,94% artım nümayiş etdirib. Bitcoinin bazar kapitallaşması 1,81 trilyon dolları ötüb.
"Ethereum"un qiyməti son 24 saatda 3,04% azalaraq 3 153 dollara enib. Digər əsas kriptovalyutalardan BNB-nin qiyməti 1,63% azalaraq 895 dollar, Solana isə 0,69% ucuzlaşaraq 137,6 dollar olub.
Altkoinlər arasında son 7 gündə ən yüksək artım Sui (29,7%), Dogecoin (24,3%) və Shiba Inu (26,6%) üzrə qeydə alınıb. XRP-də isə 4,09% azalma müşahidə edilib.
Bazardakı risk iştahını ölçən Fear & Greed Index göstəricisi 43 bənd təşkil edir ki, bu da investorların ehtiyatlı mövqedə qaldığını göstərir.
Analitiklərin fikrincə, qısamüddətli geriləmə əsasən mənfəət realizasiyası və makroiqtisadi gözləntilər fonunda riskli aktivlərə tələbin müvəqqəti zəifləməsi ilə bağlıdır.
Bizim.Media