Ukrayna Prezidenti Volodimir Zelenski yaxın zamanda amerikalı həmkarı Donald Trampla görüşəcəyinə və onunla təhlükəsizlik təminatları məsələsini müzakirə edəcəyinə ümid etdiyini qeyd edib.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm ki, yaxın zamanda Trampla görüşəcəyəm, Vaşinqtonda, bəlkə də başqa bir yerdə görüşdük, görək prezidentin planları necədir? Və düşünürəm ki, orada bu sualıma cavab ala biləcəyəm", - Ukrayna lideri deyib.
Bizim.Media