Tramp: “Arvadım rəqsimə nifrət edir” – VİDEO

ABŞ Prezidenti Donald Tramp kampaniya çıxışları zamanı etdiyi bəzi hərəkətlərin həyat yoldaşı Melaniya Tramp tərəfindən bəyənilmədiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Tramp bu il keçiriləcək aralıq seçkiləri ərəfəsində Nümayəndələr Palatasındakı respublikaçılara transgender idmançıların qadınlar arasında yarışmasına qarşı çıxmaq kimi prioritetlər üzərindən kampaniya aparmağı tövsiyə edib.
 

Lakin çıxışı zamanı transgender idmançıya qarşı yarışan qadın atleti canlandırarkən mimikalar göstərdiyini deyən Tramp bu hərəkətləri yüngülləşdirməli olduğunu bildirib.


“Arvadım mən bunu edəndə nifrət edir”, – deyə Tramp auditoriyanın gülüşü altında bildirib.

“O, çox zərif insandır. Dedi ki, “bu, prezidentə yaraşmaz”. Mən isə cavab verdim: “Axı mən prezidentəm”.

Tramp deyib ki, kampaniya tədbirlərinin sonunda “YMCA” kimi musiqilər altında rəqs etməsi də cütlük arasında fikir ayrılığı yaradan mövzulardandır.
 

Prezident tez-tez səhnədə qol hərəkətləri və rəqs fiqurları ilə diqqət çəkir. Bu davranış futbolçuların qol vurduqdan sonra onu təqlid etməsi, eləcə də, Argentinanın Prezidenti Xavyer Mileinin Mar-a-Laqoda rəqs etməsi ilə geniş yayılıb.


Lakin Melaniya Tramp bu rəqslərin də “prezidentə yaraşmadığını” düşünür. Tramp bildirib ki, birinci xanım ona “Əzizim, bu, prezidentə uyğun deyil” deyir.

Melaniya Tramp ərinin diqqətini tarixə yönəldərək, ABŞ-nin sabiq Prezidenti Franklin Delano Ruzveltin heç vaxt rəqs etmədiyini xatırladıb.
 

“O dedi ki, “Ruzveltin rəqs etdiyini təsəvvür edə bilirsən?” Mən isə cavab verdim ki, o, demokrat olsa da, çox zərif insan idi”, - Tramp bildirib.


Donald Tramp əlavə edib ki, həyat yoldaşı insanların onun rəqsini, əslində, bəyənmədiyini, sadəcə nəzakət xatirinə müsbət reaksiya verdiyini düşünür. Prezident isə bununla razılaşmayıb:

“Zal coşur. Mən daha sərbəst olmaq istəyirəm, amma kimsə məni nəzarətdə saxlayır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO

Xocalıda Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd olunub - FOTO

Zelenski: “Ukraynalı ekspertlər Yaxın Şərq ölkələrinə “Shahed” PUA-larını zərərsizləşdirməkdə kömək edəcək” – VİDEO

Zelenski: “Ukraynalı ekspertlər Yaxın Şərq ölkələrinə “Shahed” PUA-larını zərərsizləşdirməkdə kömək edəcək” – VİDEO

Zaur Kamalın da verilişi BAĞLANDI - VİDEO

Zaur Kamalın da verilişi BAĞLANDI - VİDEO

33 il sonra Kəlbəcərdə Novruz tonqalı QALANDI - FOTO

33 il sonra Kəlbəcərdə Novruz tonqalı QALANDI - FOTO

"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir

"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir

Binəqədidəki yanğınla bağlı avtomobillərin hərəkətində məhdudlaşma yoxdur - RƏSMİ

Binəqədidəki yanğınla bağlı avtomobillərin hərəkətində məhdudlaşma yoxdur - RƏSMİ

Makron tezliklə vəzifəsini tərk edəcək - Trampdan ANONS

Makron tezliklə vəzifəsini tərk edəcək - Trampdan ANONS

Baksol yolundakı yanğın yerinə polislər CƏLB OLUNUB - VİDEO

Baksol yolundakı yanğın yerinə polislər CƏLB OLUNUB - VİDEO

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb - FOTO

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb - FOTO

DTX Prezidentin ailəsini şantaj edən şəxsi SAXLADI - VİDEO

DTX Prezidentin ailəsini şantaj edən şəxsi SAXLADI - VİDEO

SON DƏQİQƏ: Bakıda güclü yanğın başlayıb - VİDEO

SON DƏQİQƏ: Bakıda güclü yanğın başlayıb - VİDEO

"Bizimləsən" və "Rəngarəng" proqramlarının yayımı DAYANDIRILIR

"Bizimləsən" və "Rəngarəng" proqramlarının yayımı DAYANDIRILIR

Milli saxtakarlıq etdi, kubokla VİDALAŞDI

Milli saxtakarlıq etdi, kubokla VİDALAŞDI

Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...

Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...

Mingəçevirdə bayram tonqalı yanğına səbəb oldu - ÖZƏL/VİDEO

Mingəçevirdə bayram tonqalı yanğına səbəb oldu - ÖZƏL/VİDEO

Ağdamda Novruza həsr olunmuş bayram konserti keçirildi - FOTO

Ağdamda Novruza həsr olunmuş bayram konserti keçirildi - FOTO

FİFA-dan İran Futbol Federasiyasına CAVAB GƏLDİ

FİFA-dan İran Futbol Federasiyasına CAVAB GƏLDİ

İsrail Tehranda “Bəsic”in ayrı-ayrı postlarını vurur - VİDEO

İsrail Tehranda “Bəsic”in ayrı-ayrı postlarını vurur - VİDEO

Bu məşhur aparıcı Xətaidə yanğın çıxan binada yaşayırmış - VİDEO

Bu məşhur aparıcı Xətaidə yanğın çıxan binada yaşayırmış - VİDEO

Vəkil Zabil Qəhrəmanovun həbs müddəti UZADILDI

Vəkil Zabil Qəhrəmanovun həbs müddəti UZADILDI

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayının qəbul CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayının qəbul CƏDVƏLİ

Bölgə klubu qapıçısı ilə yollarını ayırdı

Bölgə klubu qapıçısı ilə yollarını ayırdı

Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyuldu - FOTO

Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyuldu - FOTO

Netanyahu TƏSDİQLƏDİ: Laricani öldürülüb

Netanyahu TƏSDİQLƏDİ: Laricani öldürülüb

End of content

No more pages to load

RADİO