Maduronun oğlu Nikolas Maduro Gerra hazırda həbsdə olan və məhkəmə prosesini gözləyən atasına müraciət yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, parlamentin iclasında danışıb.
“Ata, sən bizi ailədə güclü insanlara çevirmisən. Bax, biz buradayıq, sən qayıdana qədər öz borcumuzu yerinə yetiririk. Vətən etibarlı əllərdədir, ata”, — deyə o bildirib.
Qeyd edək ki, Nikolas Maduro və onun həyat yoldaşı ABŞ tərəfindən oğurlanıb.
Bizim.Media