Rusiya ordusunun dekabrın 27-də Ukraynanın paytaxtı Kiyevə kütləvi hücumu nəticəsində yaralananların sayı 32-yə çatıb, iki nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti teleqram kanalında məlumat yayıb.
Qeyd olunub ki, xilasedicilər hücumdan sonra şəhərin bütün ərazilərində xilasetmə işlərini başa çatdırıblar.
Son məlumata görə, xəsarət alanlardan 2-si uşaqdır.
Bizim.Media