“Fikrimcə, biz Amerika, İsrail və Avropa ilə tammiqyaslı müharibə vəziyyətindəyik. Onlar ölkəmizin möhkəm şəkildə ayaqda durmasını istəmirlər”.
Bizim.Media xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ölkənin ali lideri ayətullah Əli Xameneinin rəsmi saytına müsahibəsində bildirib.
Bununla yanaşı, Pezeşkian vurğulayıb ki, İranın hərbi potensialı əvvəlki hücumlar dövrü ilə müqayisədə xeyli güclənib. Onun sözlərinə görə, zərbələr endiriləcəyi təqdirdə Tehran daha qətiyyətli cavab verməyə hazırdır.
O, həmçinin qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərdə irəliləyiş olduğunu qeyd edib, Çin, Rusiya və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın inkişaf etdiyini bildirib.
Bizim.Media